Aİ Putin, Medvedyev, Mişustin və Lavrova qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Ukraynadakı hərbi əməliyyatlara görə
Rusiyanın prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey
Lavrova qarşı sanksiyalar tətbiq edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Aİ-nin rəsmi jurnalında qeyd olunub.

Məhdudiyyətlər, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin,
Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiya
prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə
xüsusi nümayəndəsi Sergey İvanov, daxili işlər naziri Vladimir
Kolokoltsev, həmçinin Dövlət Dumasının deputatları və bəzi Belarus
rəsmiləri də daxildir.

Teqlər: