Avropa İttifaqı (Aİ) ölkələrində Qarabağa investisiya qoymaq
arzusunda olan şirkətlərin sayı artıb.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən
Aİ-Azərbaycan biznes forumunda forum qrupunun rəhbəri Boqdana Efe
deyib.
O bildirib ki, Aİ-nin 2021-ci ildə Azərbaycanın işgüzar mühiti
ilə bağlı araşdırmasına əsasən, Avropa müəssisələrinin 54 faizi
Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlarını
bildiriblər.
“Eyni zamanda şirkətlərin 40 faizi Qarabağ və Şərqi Zəngəzurun
hesabına öz bizneslərini genişləndirməyə hazırdır”, – deyə o
bildirib.
B.Efe deyib ki, alternativ enerji, “yaşıl” layihələr və
nəqliyyat infrastrukturu Qarabağ və Şərqi Zəngəzur regionlarında
investisiya üçün cəlbedici istiqamətlərdəndir və şirkətlərin 30
faizi bu sahəni vurğulayıb.
O əlavə edib ki, 25 faizə yaxın respondent kənd təsərrüfatı və
emal sənayesini prioritet istiqamət kimi adlandırıb.
(Tərcümə: Orxan Nəbiyev)