Ağdamda sərxoş halda avtoxuliqanlıq edən şəxs həbs olunub (FOTO)

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər
ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə
təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, DYPB-nin
əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi
“VAZ-2106” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində
ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayon sakini Ceyhun
Zamanlı saxlanılıb. Həmçinin müayinə zamanı onun sərxoş halda
avtomobili idarə etdiyi də müəyyən olunub.

Polis əməkdaşları tərəfindən C.Zamanlı barəsində İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib
edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı o,
15 gün müddətinə inzibati qaydada həbs edilib.

Teqlər: