Aİ, NATO və ABŞ liderləri Ukrayna ətrafında vəziyyətin dərhal deeskalasiyasına çağırıblar

Aİ, NATO və ABŞ liderləri telefon danışığı keçiriblər və “narahatedici xəbərlər fonunda” Ukrayna ətrafında vəziyyətin dərhal
deeskalasiyasına çağırıblar.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə
özünün “Twitter” səhifəsində Avropa Şurasının rəhbəri Şarl Mişel
yazıb.

“ABŞ və transatlantik liderlərlə telefon danışığında Rusiya və
Ukrayna ətrafında baş verən son hadisələr müzakirə olunub.
Həyəcanverici xəbərlər fonunda gərginliyin dərhal azaldılmasına
çağırış edilib. Aİ diplomatiyaya sadiqdir və Ukraynaya dəstək
baxımından birdir”, – deyə Ş.Mişel yazıb.

Eyni zamanda telefon danışığı barədə NATO-nun baş katibi Yens
Stoltenberq də məlumat verib. “Ukraynada və onun ətrafında davam
edən təhlükəsizlik böhranı ilə bağlı Co Bayden və transatlantik
liderlərlə yaxşı telefon danışığımız oldu”, – deyə NATO-nun baş
katibi bildirib.