Britaniya Kiyevdəki səfirliyini Lvova köçürür

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Ukraynadakı
səfirliyini müvəqqəti olaraq Kiyevdən Lvova köçürür.

AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniya hökumətinin
saytında bildirilir.

“Böyük Britaniyanın Kiyevdəki səfirliyi müvəqqəti olaraq köçür.
Səfirliyin əməkdaşları Böyük Britaniyanın Lvovdakı səfirliyindən
iişləyirlər”, – deyə məlumatda bildirilir.