“Aeroflot” İstanbul və Antalyaya uçuşların sayını artıracaq

Rusiyanın “Aeroflot” aviaşirkəti mayın 27-dən Türkiyənin
İstanbul və Antalya şəhərlərinə uçuşların sayını artıracaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətdən bildiriblər.

“Aeroflot” mayın 27-dən etibarən İstanbul və Antalyaya uçuşların
sayını gündə üç reysə çatdıracaq. Uçuşlar “Airbus A330″ geniş
gövdəli təyyarələrində həyata keçiriləcək”, – deyə qeyd olunub.