Azərbaycana idxal edilən heyvan yemləri gömrük rüsumundan azad olundu

Azərbaycana idxal edilən heyvanların yemlənməsi üçün istifadə
edilən məhsullar 15 faiz gömrük rüsumundan azad edilib.

AzerTimes-ın
məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası,
idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının
dərəcələri”nə dəyişiklik edib.

Qərara əsasən, heyvanların yemlənməsi üçün həll olunan balıq
məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar,
tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən
az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, lakin
75 kütlə %-dən az olan, tərkibində süd məhsulları 75 kütlə %-dən az
olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10
kütlə %-dən az olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az
olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50
kütlə %-dən az olmayan, tərkibində süd məhsulları olmayan və ya bu
məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 10
kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində
süd məhsulları 50 kütlə %-dən az olmayan, tərkibində nişasta,
qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu
olmayan, lakin süd məhsulları olan məhsullar, o cümlədən melassa
əlavəsi ilə çuğundur cecəsi idxal gömrük rüsumundan azad
olunub.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Teqlər: