Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb (FOTO)

Mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika
gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi
start götürüb.

Trend-in
məlumatına görə, yarışda “Ocaq Sport” klubu, “Zirvə” İK, “Grasiya”
İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edir.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il),
uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və
gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə
yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər)
və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə
aparır.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi,
qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: