ADNSU-da növbəti dezinfeksiya işləri aparılıb (FOTO)

Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) koronavirus pandemiyası ilə mübarizə çərçivəsində növbəti
dəfə dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri universitetin giriş və çıxışlarında, bütün
korpuslarda, dəhlizlər, auditoriya, laboratoriyalarda, eləcə də ali
məktəbin yataqxanasında aparılıb.

Qeyd edək ki, ənənəvi tədris başlayandan koronavirus
pandemiyasının yayılmasının qarşısını almaq, tələbələrin və
universitet əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə
universitetin auditoriyalarında, dərs otaqlarında, foye və konfrans
zallarında, giriş və çıxışlarında müntəzəm olaraq həftə sonları
əsaslı dezinfeksiya işləri aparılır.


ADNSU-da tədrisin üçnövbəli olduğu nəzərə alınaraq hər növbədən
sonra bütün auditoriya və laboratoriya otaqlarında da gündəlik
olaraq dezinfeksiya işləri həyata keçirilir.

Teqlər: