“Nar” “Gələcəyini Qur!” Layihəsinə dəstəyini davam etdirir (FOTO)

“Nar”ın da dəstək olduğu “Gələcəyini Qur!” Gəncliyə Dəstək
Layihəsinin TED konfransı formatında növbəti görüşü baş tutub. “Yaradıcı düşüncə” mövzusuna həsr olunmuş konfransda məruzəçilər
layihənin 6 dəyərlərindən biri olan yaradıcılıq və tənqidi düşüncə
haqqında fikirlərini bölüşüblər. Tədbirin spikerləri yaradıcı
yanaşma, kreativ və tənqidi düşüncə, innovasiya və təşəbbüskarlığa
dair gənclərə təqdimatlar verib öz təcrübələrini bölüşüblər. Qeyd
edək ki, layihənin iştirakçıları Bakının müxtəlif rayonlarında
yerləşən orta məktəblərdə 11-ci sinifdə təhsil alan 85
şagirddir.

Qeyd edək ki, “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi yüksək
bilik və bacarığa malik olan 11-ci sinif şagirdlərini müəyyən
edərək, onlar üçün bir il ərzində universitetə hazırlıq, psixoloji
dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və
tədbirlər təşkil edir.

Layihə çərçivəsində “Nar” Qarabağ müharibəsi veteranları və
hərbçi ailələrindən olan 10 məktəblinin universitet hazırlığı
xərclərinin ödənilməsini öz üzərinə götürüb. Məqsəd gənclər üçün
təhsil imkanlarını daha da əlçatan edərək onların uğurlu gələcəyinə
töhfə verməkdir.

“Nar”ın digər sosial layihələri və KSM strategiyası haqqında
ətraflı məlumatı nar.az
səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,3 milyondan
çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Teqlər: