Aprelin 1-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının dəstəyi ilə ADA Universiteti ilə Azərbaycan UNESCO
Klubları Assosiasiyasının (AZUKA) əməkdaşlığı çərçivəsində növbəti
UNESCO klubunun təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində UNESCO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov, ADA Universitetinin
tələbələr ilə iş bölməsinin rəhbəri Günel Əsgərova, Azərbaycan
UNESCO Klubları Assosiasiyasının (AZUKA) rəhbəri Cahangir Hacıyev
və tələbələr iştirak ediblər.
Qeyd olunmalıdır ki, ölkəmizin bir sıra təhsil müəssisələrində –
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında, Azərbaycan Dövlət Pedaqoji Universitetində,
Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Texniki
Universitetində, Bakı Avropa Liseyində və 20 saylı məktəb-liseydə
UNESCO klubları yaradılıb.
Tədbir iştirakçılarına UNESCO klubları haqqında geniş məlumat
verilib və fikir mübadiləsi aparılıb.