Mingəçevirdə dəm qazından kütləvi zəhərlənmələrin səbəbi açıqlanıb

Dünən axşam saatlarında Mingəçevir şəhərində dəm qazından
zəhərlənmələr baş verən ünvanlara baxış keçirilib.

Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir xidmət sahəsi
üzrə qəza-dispetçer xidmətinin rəisi İlqar Cəfərov AzerTimes-a bildirib ki, ümumilikdə səkkiz
ünvana baxış keçirilib.

“Baxış keçirdiyimiz ünvanların əksəriyyətində tüstü bacaları
işlək vəziyyətdə deyil. Həmin ünvanlarda tüstü bacaları
təmizlənmədiyindən, qazı sovurub apara bilmir. Bundan başqa
baxdığımız bəzi ünvanlarda abonentlər tüstü bacası əvəzinə
nəfəslikdən istifadə edirlər. Bu da qaydalara ziddir. Belə ki,
tüstü bacaları tikinti qaydalarına uyğun olaraq tikilir. Həmin
ünvanlarda istilik üçün kombidən istifadə yerinə axımlı su
qızdırıcılarından istifadə edilməsi aşkarlanıb”, – deyə xidmət
rəisi bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Mingəçevir şəhərində
müxtəlif ünvanlarda dəm qazından zəhərlənmə halları baş verib və
təcili yardıma fasiləsiz olaraq çağırışlar daxil olub.

Zəhərlənənlərin sayı 15 nəfər olub.

Teqlər: