Xaçmazdan olan Aprel şəhidi (FOTO)

Elvin Sədrəddin oğlu Qayıbov 1989-cu ilin dekabr ayının 26-da
Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub.

Trend xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu
olan Elvin Qayıbov 2016-cı ildə aprel ayının 4-də
Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı
qəhrəmancasına həlak olub, aprel ayının 5-də isə yaşadığı Xaçmaz
rayonunun Əbilyataq kəndində torpağa tapşırılıb.

Elvin Qayıbov ölümündən sonra tankçı kimi göstərdiyi şücaət və
qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə “3-cü
dərəcəli medalı ilə təltif edilib.

Teqlər: