Abşeron rayonunda şəhid Emil Mayılovun doğum günü qeyd edilib (FOTO)

Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına
görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən şəhid
mayor Mayılov Emil Şahid oğlunun 36-cı doğum günü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,
millət vəkili Şahin Seyidzadə, rayonun hüquq-mühafizə orqanlarının
rəhbərləri, Dövlət Sərhəd Xidmətinin zabitləri, YAP Abşeron Rayon
Təşkilatının sədri, rayon Gənclər və İdman İdarəsinin rəisi, şəhid
ailələri və qazilərlə birgə II Fəxri Xiyabanda şəhidimizin məzarını
ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün
şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş,
məzarları üzərinə tər çiçəklər düzülüb.

Bildirilib ki, Emil Mayılov 2021-ci il 30 noyabr tarixində Mi-17
hərbi helikoterin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu
yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən
Müharibəsində şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun
göstərdiyi xidmətdən və göstərdiyi şücaətdən bəhs edilmiş,
məktəblilərin vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirdiyi
şeirlər dinlənilib.

Daha sonra RİH başçısı Abdin Fərzəliyev şəhid mayor Mayılov Emil
Şahid oğlunun əvvəllər yaşadığı evə gələrək onun ailə üzvləri ilə
görüşüb. Ailənin problermləri və qayğıları ilə maraqlanan RİH
başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi
olaraq diqqət və qayğının göstəriləcəyini qeyd edib.

Şəhid ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük
diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab
Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

***

Həmçinin, Bakı Mühəndislik Universitetində (BMU) Xocalı
soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev, Bakı Mühəndislik Universitetinin rektoru, professor
Havar Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon
Təşkilatının sədri Abbas Əliyev və universitetin müəllim və tələbə
kollktivi iştirak edib.

Öncə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü
uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və Xocalı
soyqırımının günahsız qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik
sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilmiş, ardınca Xocalı soyqırımının tarixi xronikasını əks
etdirən videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edən BMU-nun
rektoru, professor Havar Məmmədov Xocalı qətliamının Ermənistanın
Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc
azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən
dəhşətlisi olduğunu bildirmiş, Ermənistan silahlı qüvvələrinin
keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı
ilə bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirədəki Xocalı
şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritdiyini və
əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş
olunduğunu, şəhərin barbarcasına yerlə-yeksan edildiyini
söyləyib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan bəşəri
cinayətin – Xocalı soyqırımının ağır nəticələrindən bəhs edərək Ulu
Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına
siyasi-hüquqi qiymət verildiyini, 1994-cü il fevralın 24-də Milli
Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyini
bildirib. RİH başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə
həm hüquqi müstəvidə, həm də Xocalı soyqırımı haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində davam etdirilən
işləri vurğulayıb.

Teqlər: