ABŞ yaxın zamanda Şərqi Avropa və NATO ölkələrinə qoşun göndərəcək – Bayden

ABŞ yaxın zamanda Şərqi Avropa və NATO ölkələrinə əlavə hərbi kontingentin göndərilməsinə başlamaq niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Cozef Bayden deyib.

“Yaxın gələcəkdə ABŞ qoşunlarını Şərqi Avropaya, NATO ölkələrinə göndərəcəyəm, amma onların sayı çox olmayacaq”, – deyə C.Bayden bildirib.

Xatırladaq ki, bazar ertəsi Pentaqonun mətbuat katibi Con Kirbi ABŞ-ın Avropaya 8 500 hərbçi göndərməyə hazır olduğunu, lakin bu məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirmişdi.