Ərdoğan yeni ədliyyə naziri təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ədliyyə naziri Abdulhamit Gülün istefa barədə ərizəsini qəbul edib.

Trend bu barədə “Resmi Gazete”yə istinadən məlumat verir.

Məlumata əsasən, eyni qərarla T.Ərdoğan ədliyyə naziri vəzifəsinə Bekir Bozdağı təyin edib.