ABŞ vətəndaşlarının 50 faizi koronavirusa qarşı peyvənd olunub

ABŞ vətəndaşlarının 50 faizi koronavirusa qarşı tam peyvənd olunub.

AzerTimes-ın məlumatına görə, bunu Ağ Evin Pandemiya Statistikası üzrə Direktoru Sayrus Şahpar özünün “Twitter” səhifəsində yazıb.


Onun sözlərinə görə, iyulun 30-dan avqustun 6-dək peyvəndin ilk dozasını vurduran amerikalıların sayı 11 faiz artıb: “Amerikalıların 50 faizi artıq tam peyvənd olunub. Eyni ruhda davam edin!”.