Kanadada atışma baş verib, ölənlər var

Kanadanın Toronto şəhərində atışma baş verib.

AzerTimes-ın “CBC” telekanalına istinadən verdiyi məlumata görə, atışmaya səbəb bir neçə nəfərin arasında mübahisənin baş verməsi olub.

Məlumata əsasən, atışma nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Bildirilir ki, ölənlər 28 və 43 yaşında kişilərdir.

Faktla bağlı araşdırmalar davam etdirilir.