ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün əlaqələrini dayandırır.
Bu barədə Prezident Donald Tramp Tvitter səhifəsində yazıb.
“Tələb olunan islahatları həyata keçirməkdən imtina etdiyi üçün ÜST-lə əlaqələrimizi bu gündən kəsirik”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, ölkəsi təşkilata hər il ayırdığı təxminən 450 milyon dollarlıq vəsaiti dünya səhiyyəsinin digər ehtiyaclarına xərcləyəcək.