Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi qərara əsasən, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçiriləcək.

Bu qərar 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılması çərçivəsində verilib.

Qeyd edilir ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisnadır.

Karantin rejimi iyunun 15-dək uzadıldığına görə, bu müddət ərzində 190 manatlıq ödənişin verilib-verilməməsi müzakirə olunur.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, 190 manatlıq birdəfəlik ödəmələrin iyun ayında verilməsi Operativ Qərargahda müzakirə olunacaq:
“Müzakirələr nəticəsində müvafiq qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.