Tunisdə karantin daha 6 ay müddətinə uzadıldı

Tunisdə karantin daha 6 ay müddətinə uzadıldı

Tunis Prezidenti Kais Səid ölkə ərazisində fövqəladə vəziyyət rejiminin daha altı ay uzadılması haqqında fərman imzalayıb.

Tunisin dövlət başçısının mətbuat xidməti bildirib:
“Prezident 30 may 2020-ci il tarixindən etibarən Tunis Respublikasının bütün ərazisində fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılmasına qərar verib”, – rəsmi məlumatda deyilir.

Tunisdə fövqəladə vəziyyət rejimi 24 noyabr 2015-ci ildə tətbiq edilib. Bu, o vaxt paytaxtın mərkəzində terror aktının törədilməsi ilə bağlıdır. Kamikadze-terrorçunun prezident mühafizəsinin avtobusuna hücumu nəticəsində 13 nəfər həlak olmuş, daha 20 nəfər yaralanmışdı. İlkin olaraq 30 gün müddətinə tətbiq edilən fövqəladə vəziyyət rejiminin qüvvəsi daim uzadılıb, sonuncu dəfə – 29 aprel 2020-ci il tarixində 1 ay müddətinə.