ABŞ BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə Ukraynaya
humanitar yardım üçün 50 milyard dollar ayıracaq.
AzerTimes-ın
məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris
bildirib.
“Bu gün biz humanitar yardım üçün Birləşmiş Millətlər
Təşkilatının Ümumdünya Ərzaq Proqramı vasitəsilə daha 50 milyard
dollar ayıracağını elan edirik”, – deyə K.Harris Polşa prezidenti
Andjey Duda ilə keçirdiyi mətbuat konfransında deyib.
Vitse-prezident vurğulayıb ki, ABŞ “Ukrayna xalqını
dəstəkləyir”.