Avropa Liqası: “Barselona” “Qalatasaray” ilə heç-heçə edib

İspaniyanın “Barselona” futbol klubu Avropa Liqasının 1/8 final
mərhələsinin ilk oyununda Türkiyənin “Qalatasaray” klubu ilə
heç-heçə edib.

AzerTimes-ın
məlumatına görə, Barselonanın “Kamp Nou” stadionunda keçirilən
görüş 0:0 hesabı ilə başa çatıb.

Cavab qarşılaşması martın 17-də İstanbulda keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 18-də
İspaniyanın Sevilya şəhərində keçiriləcək.

Teqlər: