ABŞ Türkiyə və Suriyaya əlavə 100 milyon göndərir

ABŞ Türkiyə və Suriyaya əlavə 100 milyon göndərir

ABŞ Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələ fəlakətinin nəticələrinin aradan qaldırılması üçün 100 milyon dollar əlavə yardım göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, Ağ Ev rəhbəri Co Bayden miqrasiya, o cümlədən qaçqınlara bağlı problemlərin həlli üçün 50 milyon, həmçinin humanitar yardım üçün 50 milyon dollar ayıracaq.

Qeyd edək ki, bundan öncə Vaşinqton bu yöndə 85 milyon dollar yardım ayırmışdı.

Teqlər: