ABŞ təkzib etdi: Suriyaya zərbə endirməmişik!

ABŞ təkzib etdi: Suriyaya zərbə endirməmişik!

ABŞ Müdafiə Nazirliyi Suriyaya yeni aviazərbələr endirdiyini təkzib edib.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib.

“Biz ötən gecə Suriyaya aviazərbələr endirməmişik”, – deyə o bildirib.

Sinqx əlavə hər hansı məlumat verməyib.

Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin Deyr əz-Zora zərbələri nəticəsində 8 nəfərin öldüyünü, 32-nin də yaralandığını açıqlamışdı. Ölənlər arasında SEPAH-la əlaqəli döyüşçülərin olduğu bildirilir.

Teqlər: