Səfirliyimiz Gürcüstan millisini təbrik etdi

Səfirliyimiz Gürcüstan millisini təbrik etdi

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin futbol üzrə milli yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

AzerTimes xəbər verir ki, bununla bağlı səfirliyin sosial media hesablarında paylaşım edilib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın futbol üzrə milli komandası 2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar yunanıstanlı futbolçuları penaltilər seriyasında 4:2 hesabı ilə üstələyiblər.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək.

Teqlər: