Biləsuvarda qəza: TIR-la minik avtomobili toqquşdu

Biləsuvarda qəza: TIR-la minik avtomobili toqquşdu

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

AzerTimes xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik və “TIR” markalı yük avtomobillərinin toqquşması ilə nəticələnən qəzada iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: