ABŞ Rusiya nınMərkəzi Bankına qarşı sanksiyaları nəzərdən keçirir – “Bloomberg”

ABŞ Rusiyanın Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etməyi
nəzərdən keçirir.

AzerTimes-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi
mənbələrə istinadən xəbər verib.

Mənbələrin sözlərinə görə, bu addım Moskvanın Ukraynada xüsusi
hərbi əməliyyatdan əvvəl topladığı iddia edilən 643 milyard dollar
ehtiyatı hədəfləyir. Bildirilir ki, bu məsələ ilə bağlı
məsləhətləşmələr ABŞ-da bu ilin yanvar ayından aparılır.


Bununla belə, “Bloomberg”in mənbələrinə görə, maliyyə
tənzimləyicisinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə
bağlı yekun qərar hələ qəbul edilməyib.