ABŞ rus raketlərini Ukraynada özü vuracaq – Knutov

ABŞ rus raketlərini Ukraynada özü vuracaq – Knutov

“Patriot” – qanadlı raketlər və dronlar da daxil olmaqla, 60 metrdən aşağıda uçan hədəfləri vura bilmir.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı hərbi tarixçi Yuri Knutov ABŞ-ın Ukraynaya “Patriot” zenit-raket komplekslərini yaxın günlərdə göndərəcəyi barədə məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, “Patriot” NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiya olunub və “AWACS” təyyarələri ilə “Global Hawk” peyklərindən və PUA-larından məlumat alan yerüstü komanda məntəqələri ilə qarşılıqlı əlaqə qura bilir:

“Bu, onun təkbaşına istifadə edilə bilməyəcəyini göstərir. Yəni, amerikalılar icazə verməsələr, o zaman raket zərbəsi üçün “start” baş tutmayacaq. Onsuz da Ukraynada hərbi əməliyyatlar ABŞ-ın razılığı ilə aparılır”.

O qeyd edib ki, indi Ukraynada Almaniyanın “IRIS-T” və Norveçin NASAMS-ları istifadədədir:

“Kiyev Fransadan “Mamba” kimi tanınan “SAMP-T” hava hücumundan müdafiə sistemlərini də istəyib. Bütün bu komplekslər Ukrayna üçün vahid hava hücumundan müdafiə sistemi yaratmağa imkan verəcək. Amerikanın hava hücumundan müdafiə sistemləri ilə təlim isə ən azı altı ay çəkir, ona görə də Birləşmiş Ştatlar Ukraynaya “Patriot”ların işinə nəzarət etmək üçün təlimatçılar göndərəcək. Beləliklə, amerikalı əsgərlər raketlərin buraxılmasına icazə verərək döyüşlərdə iştirak edəcəklər. Bu, NATO-nun 2023-cü ilin əvvəlində Rusiyaya qarşı birbaşa hərbi əməliyyatlar aparacağını deməyə əsas verir. Nəzərə alsaq ki, bir “Patriot” kompleksinin qiyməti 1 milyard dollar, bir raket isə üç milyondan bahadır, Qərb hələlik böyük həcmdə komplekslər tədarük etməyəcək”.

Teqlər: