ABŞ Polşaya daha 3 min hərbi qulluqçu göndərir

Əlavə 3000 ABŞ hərbi qulluqçusunun gələn həftənin əvvəlinə qədər
Polşada yerləşdirilməsi gözlənilir.

Trend xəbər verir ki, bunu TASS agentliyinə Pentaqonun yüksək
rütbəli nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin göstərişi ilə
Müdafiə Naziri Lloyd Ostin bu gün ABŞ-ın 82-ci Hava Desant
Diviziyasından daha 3000 əsgərin Polşaya göndərilməsi göstərişini
verib.

“Onlar yaxın bir neçə gün ərzində Şimali Karolina ştatında
yerləşən Fort Braqq bazasını tərk edərək təyinat nöqtəsinə yola
düşəcəklər.

Mənbə, əlavə ABŞ qüvvələrinin Polşaya müvəqqəti
yerləşdiriləcəyini vurğulayıb.