ABŞ-ın zədələnmiş sualtı qayığı Quam adasına gəlib

Naməlum obyektlə toqquşma nəticəsində zədələnmiş ABŞ-ın “USS Connecticut” sualtı qayığı Quam adasındakı bazaya gəlib.

Trend “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Çinin Xarici İşlər Nazirliyi Cənubi Çin dənizində fövqəladə vəziyyətlə əlaqədar “ciddi narahatlıq” ifadə edib.


Xatırladaq ki, oktyabrın 2-də ABŞ-ın “Seawolf USS Connecticut” nüvə hücum sualtı qayığı Hind-Sakit okean bölgəsinin beynəlxalq sularında naməlum obyektlə toqquşma nəticəsində zədələnmişdir. Qəza nəticəsində 11 dənizçi yaralanıb, yüngül və orta dərəcəli xəsarət alaraq yaralanıb.