ABŞ-ın vitse-prezidenti koronavirusdan sağalıb

ABŞ-ın vitse-prezidenti Kamala Harrisdən bazar ertəsi COVID-19
üçün götürülən analiz nümunəsi mənfi çıxıb və çərşənbə axşamı
işinin icrasına dönəcək.

Trend xəbər verir ki, bu barədə vitse-prezidentin ofisinə
istinadən “Axios” portalı məlumat yayıb.

Məlumata əsasən, K.Harris 10 gün ərzində insanlarla təmasda
olduğu zaman tibbi maskadan istifadə edəcək.

Xatırladaq ki, Kamala Harris koronavirusa aprelin sonunda
yoluxub. Onun xəstəliyi simptomsuz keçib.