ABŞ-ın əlinə Rusiyaya qarşı tarixi fürsət düşüb

ABŞ-ın əlinə Rusiyaya qarşı tarixi fürsət düşüb

Rusiya ictimayətində Xerson məsələsindən sonra elə bir təəssürat yaranıb ki, guya Kremlin bununla bağlı gizli planı var, guya ABŞ və Rusiya müharibənin bitməsinə dair razılığa gəlib.

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin (“Vladimir Solovyovla axşam” – red.) efiri zamanı deyib.

“Belə şayiələr artıq dünəndən etibarən gəzir – guya tərəflər müharibəni dayandırıb, masa arxasına keçəcək. Amma biz artıq anlamalıyıq ki, ABŞ belə şansı heç vaxt əlindən buraxmaz. Qərb Rusiyanı parçalamaq üçün ən gözəl tarixi məqamı puç etməyəcək. Biz artıq bilməliyik ki, böyük müharibə davam edəcək və üfüqdə heç bir barışıqdan, razılaşmadan söhbət gedə bilməz. Artıq sərt addımlar atmaq zamanıdır. Rusiyaya qarşı casusluq edənlərə qarşı ölüm hökmü olmalıdır”, – deyə o qeyd edib.

Teqlər: