Kəmərdə qəza: Bu rayona su verilişi dayandırıldı

Kəmərdə qəza: Bu rayona su verilişi dayandırıldı

Biləsuvarda su kəmərində qəza baş verib, şəhərin su təchizatında problemlər yaranıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, qəza ilə əlaqədar olaraq şəhər ərazisində suyun verilişi dayandırılıb.

Azərsu ASC-nin Biləsuvar Rayon Su Kanal İdarəsindən bildirilib ki, şəhərin su təchizatında müvəqqəti fasilə yaranıb.

Qeyd olunub ki, buna səbəb şəhəri içməli su ilə təchiz edən mərkəzi boru kəmərində qəzanın baş verməsidir:

“Nəticədə şəhərin su təsərrüfatında saat 13:00-dan saat 21:00-dək müvəqqəti fasilə yaranıb. Hazırda qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir”.

Teqlər: