Şərqi Avropada NATO ölkələrini gücləndirmək üçün ilk ABŞ qoşunlarının Polşaya göndərilməsi fevralın 5-də gözlənilir.
AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, ABŞ-ın hərbi texnikası artıq bu həftə Polşaya gəlməyə başlayıb.
Qeyd olunub ki, Amerika hərbi kontingentinin yerləşdirilməsi müddəti dəyişə bilər.