ABŞ hərbçilərini Somaliyə qaytarır

ABŞ prezidenti Co Bayden ordunun Somalidəki mövcudluğunu bərpa
etmək qərarına gəlib.

Trend “TASS”a
istinadla xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi
bildirib.

“Prezident Bayden ABŞ Müdafiə Nazirliyinin qüvvələri Şərqi
Afrikaya qaytarmaq tələbini təsdiqləyib”, – rəsmi bildirib.

Mənbənin sözlərinə görə, Somaliyə 500 nəfərdən az hərbçi
göndəriləcək. Onlar bölgənin digər ölkələrindən Somaliyə
yönəldiləcəklər.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə
demək olar ki, bütün ABŞ qoşunlarının – təxminən 700 hərbçinin
2021-ci ilin əvvəlinə qədər Somalidən çıxarılması barədə qərar
qəbul etmişdi.