ABŞ hakimiyyəti avqustun 17-si Əfqanıstandan təxminən 1,1 min ABŞ vətəndaşı, ABŞ-da yaşamaq icazəsi olan şəxslər və ailə üzvlərini təxliyə edib.
AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ağ Evin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, yalnız son bir neçə gün ərzində Əfqanıstandan 3,2 mindən artıq insan təxliyə edilib: “Bu gün ABŞ hərbi uçuşlar ilə təxminən 1,1 min ABŞ vətəndaşını, ABŞ-ın daimi sakinlərini və ailələrini təxliyə edib. Bundan sonra bu rəqəmlərin artacağını gözləyirik”.
Ağ Evin nümayəndəsi qeyd edib ki, ötən gün ümumilikdə 13 reys həyata keçirilib: “Bu günə qədər heyətimiz də daxil olmaqla 3,2 mindən çox insanı təxliyə etmişik. Bundan əlavə, ABŞ-a xüsusi immiqrant vizası üçün müraciət etmiş 2 mindən çox Əfqanıstanlı da təxliyə edilib”.