Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb (FOTO)

Avqustun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərində keçirilən “IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisinə səfər çərçivəsində Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Teqlər: