“Taliban” hakimiyyətə gəldikdən sonra Baydenin reytinqi 46%-ə düşüb

ABŞ Prezidenti Cozef Baydenin Əfqanıstanda hakimiyyətə “Taliban” hərəkatının gəlməsindən sonra reytinqi 46 faizə düşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi və “Ipsos” sosioloji xidmət tərəfindən keçirilən sorğunun nəticələrində deyilir.

Məlumata əsasən, bu, C.Baydenin dövlət başçısı olduğu dövrdə ən aşağı göstəricidir.