ABŞ-da Tiktok qadağan edilə bilər

ABŞ-da Tiktok qadağan edilə bilər

ABŞ Konqresinin Nümayəndələr Palatası Tiktokun ştatlarda qadağan edilməsi barədə qanun layihəsini təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

Qanun layihəsinə əsasən, Tiktokun sahibi olan Çinin “ByteDance” şirkətinə sosial şəbəkəni satmaq üçün 9 ay vaxt veriləcək. Əgər şirkət ABŞ-ın şərtlərinə əməl etməzsə, o zaman Tiktok tətbiqi qadağan olunacaq.

Qeyd edək ki, bu qanun layihəsi hələ ABŞ Senatı tərəfindən dəstəklənməli, daha sonra isə ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Teqlər: