4 kəndin qayıtması: Paşinyanı sevindirən nədir?

4 kəndin qayıtması: Paşinyanı sevindirən nədir?

Paşinyanın 4 kəndin qaytarılması haqda dedikləri Ermənistanın əsas məqsədinin nə olduğunu təsdiq edir. Erməni baş nazir bildirir ki, bu razılaşma ilə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb, həmçinin təsdiqləyiblər ki, yeni sərhəd yaradılmır, SSRİ-nin dağılması zamanı mövcud olan sərhəd bərpa olunacaq.

Dünən bu haqda yazmışdıq: delimitasiya komissiyalarının razılaşmasında Almatı Bəyannaməsinin əsas götürülməsi Ermənistan üçün sərhədin SSRİ dağılanda mövcud olan xətlərə uyğun müəyyənləşməsi mövqeyində “istinad nöqtəsi” əldə etmək baxımından vacib idi və İrəvan 4 kənd qarşılığında bu qazancı əldə etdiyini düşünür, Paşinyanı sevindirən də budur.

Lakin razılaşma sənədində bir detal sərhədin digər hissələrinin delimitasiyası zamanı “SSRİ dağılanda mövcud olan xətlərin” nəzərə alınmamasına əsas yarada bilər. Görünür, Bakı 4 kəndin azad edilməsi üçün İrəvanın bu istəyini razılaşmaya salmasını qəbul etsə də, delimitasiya prinsiplərinin dəyişdirilməsi imkanlarını da özündə saxlayır.

Teqlər: