ABŞ-da hazırkı dövrədək 105 703 501 doza peyvənd istifadə edilib.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatında deyilir.
Bildirilir ki, 36 929 777 nəfər artıq tam vaksinasiya olunub (iki doza peyvənd vurulub).
Qeyd edilir ki, vaksinasiya kampaniyası çərçivəsində “Moderna”, “Pfizer/BioNTech” və “Johnson & Johnson” peyvəndlərindən istifadə edilir.