Litvada 46 mindən çox “Moderna” koronavirusa qarşı peyvəndi məhv edilib

Litvada 46 000-dən çox “Moderna” koronavirus peyvəndi
utilizasiya edilib.

Trend xəbər
verir ki, bu barədə yerli milli radio LRT məlumat yayıb.

Qeyd olunur ki, bu addım preparatların istifadə müddətinin
bitməsi ilə əlaqəli olaraq atılıb.

Bundan əvvəl Lİtvada aprel ayında 36,2 min, mayda isə daha 10,4
min doza peyvənd utilizasiya edilib. Bu ayın sonuna qədər təxminən
21,6 min doza peyvəndin istifadə müddəti bitəcək. Litvanın Səhiyyə
Nazirliyi fəal şəkildə hələ ki istifadəyə yararlı vaksinləri
ötürməyə ölkələr axtarır. Peyvəndin yenidən bölüşdürülməsi üçün
beynəlxalq sistem oxşar müraciətlərin çoxluğundan onları qəbul edə
bilmir.