ABŞ-da ictimai nəqliyyatda qoruyucu maskaların taxması məcburi olacaq

ABŞ Daxili Təhlükəsizlik Naziri vəzifəsini icra edən David Pekoske pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ölkə daxilində ictimai nəqliyyatda məcburi qoruyucu maskaların taxması bağlı tapşırıq verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Nazirliyin press-relizində bildirilib.

Qeyd olunub ki, bu tədbirin ABŞ prezidenti Co Baydenin 21 yanvar tarixli fərmanına uyğun olaraq tətbiq olunduğu bildirilir. Fərmana əsasən, ölkə hakimiyyəti sakinləri ictimai nəqliyyatda və federal hökumətə aid ərazilərdə maska ​​taxmağı məcbur etməlidir.