Türkiyədə son sutkada koronavirusdan 7 006 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 128 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 25 993 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 562 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 477 463 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 006 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 362 415 nəfər təşkil edir.