ABŞ-da hava limanında açılan atəş nəticəsində 3 nəfər yaralanıb

ABŞ-ın Atlanta şəhər hava limanında sərnişin baxış keçirilən zaman tapançadan atəş açıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Nəqliyyat Təhlükəsizliyinin saytında bildirilib.

Məlumata əsasən, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Xidmətin açıqlamasında bildirilib ki, gündüz saatlarında nəqliyyat təhlükəsizliyi əməkdaşları sərnişinin çantasında qadağan olunmuş əşyanın olması səbəbindən onu yoxlayıblar:

“İşçi sərnişinə çantaya toxunmamağı tövsiyə edib və o, çantada silahın olduğu yeri açanda sərnişin qaçaraq baqaja yaxınlaşıb, tapançanı tutub, bundan sonra atəş açılıb. Daha sonra sərnişin hava limanının çıxışından qaçaraq nəzarət zonasını tərk edib”.

İlkin məlumatlara görə, 3 nəfər xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur.