Aİ-yə daxil olmaq istəyən 75-dən çox miqrant dənizdə boğularaq ölüb

Avropa İttifaqına qayıqla getmək istəyən 75-dən çox qaçqın Liviya sahillərində Aralıq dənizində boğulub.

AzerTimes-ın məlumatına görə, bu barədə Liviyanın Beynəlxalq Miqrasiya Təşkilatı öz “Twitter” səhifəsində bildirib.

15 nəfərin balıqçıların köməyi sayəsində xilas olduğu bildirilib. Onlar Liviyanın Zuvara şəhərinə gətirilib.

Təşkilatdan bildirilib ki, bu son faciə nəticəsində bu il Mərkəzi Aralıq dənizində 1300-dən çox insan həlak olub.

Teqlər: