ABŞ Azərbaycanla Ermənistan arasında sülhün qurulmasına sadiqdir – Səfir

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün qurulmasına
sadiqdir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın
Azərbaycandakı səfiri Erl Litsenberger səfirlikdə keçirilən “Açıq
qapı” günündə deyib.

“ABŞ Ermənistanla Azərbaycan arasında istənilən münaqişə
məsələsini həll etməyə çalışacaq”, – səfir bildirib.

E.Litsenberger qeyd edib ki, ABŞ tərəflər arasında danışıqlar
prosesinin qurulmasına xidmət edəcək.

Səfir əlavə edib ki, bir müddət Avropa İttifaqı da bu məsələyə
öz dəstəyini bildirib və ABŞ bu addımı alqışlayır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: