Abituriyentlər üçün “İnformatika” vəsaiti hazırlanır

Xəbər - Humay Ağacanova – Trend:

2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanında
informatika fənnindən imtahan verəcək abituriyentlər üçün
“İnformatika” vəsaiti hazırlanır.

Dövlət İmtahan Mərkəzindən
Trend
-ə verilən məlumata görə, fevralın 21-də informatika fənni
üzrə işçi qrupun iclası keçirilib. Gündəlik məsələ hazırlanması
nəzərdə tutulan “İnformatika” vəsaitinin “Kompüter qrafikası” və
“Veb-proqramlaşdırma” bölmələrinin müzakirəsi olub.

İclasda həm nəzəri hissənin, həm də həmin hissələrə aid olan
“Müstəqil qiymətləndirmə tapşırıqları”nın və “Ümumiləşdirici
tapşırıqlar”ın müzakirəsi aparılıb.

Müzakirə zamanı nəzəri materialın müvafiq fənn kurikulumunun
təlim nəticələrinə və dərsliklərə uyğunluğuna xüsusi diqqət
yetirilib, bildirilmiş fikir və təkliflər nəzərə alınıb.

İşçi qrupunun növbəti iclası 28 fevral 2022-ci il tarixində
olacaq.

Teqlər: