Samuxda silah-sursat tapılıb

Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində
xidmət aparan zaman rayon ərazisindəki parkların birindən
silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, polis əməkdaşları dərhal ANAMA-nın əməkdaşlarını
həmin əraziyə dəvət edərək müvafiq tədbirlər həyata keçirib.
Araşdırmalar zamanı oradan 1 ədəd “F1” əl qumbarası, 2 ədəd “UZRQM”
qumbaratan patronu, 1 ədəd 14 mm-lik “BTR” patronu, 37 ədəd 7.62
mm-lik avtomat patronu və 96 ədəd 5.45 mm-lik avtomat patronları
aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: